Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib.
MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciətlərdə qeyd olunanlar tam şəkildə öz əksini tapmayıb.
MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !