İmtahanlarda ən yüksək balları daha çox qızlar toplayır

17:56 | 25.02.2015
İmtahanlarda ən yüksək balları daha çox qızlar toplayır

İmtahanlarda ən yüksək balları daha çox qızlar toplayır

Azərbaycanda qəbul imtahanlarında yüksək, yəni 500-700 bal toplayan abituriyentlər arasında qızlar üstünlük təşkil edir. Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) apardığı araşdırmalar nəticəsində məlum olub.

Komissiyadan Trend-ə bildirilib ki, toplanmış ballara əsasən aşağı, orta və yüksək bal intervalları daxilində oğlan və qız abituriyentlərin sayının paylanması araşdırılıb. Təhlil göstərib ki, aşağı və orta bal (0-500) intervallarında bal toplayan oğlan abituriyentlərin sayı qızların sayından çoxdur. Balları 0-500 intervalına düşən abituriyentlərin 52,7%-i oğlandır.

Yüksək (500-700) bal intervalında isə vəziyyət əksinədir. Burada qız abituriyentlər üstünlük təşkil edir. Balları bu intervalda yerləşən abituriyentlərin 46,7 faizi oğlan (500-600 bal intervalında 45,2%, 600-700 bal intervalında 50,0%), 53,3 faizi isə qızdır (500-600 bal intervalında 54,8%, 600-700 bal intervalında 50,0%).

Daha kiçik bal intervalları daxilində oğlan və qız abituriyent seçmələri üzrə ayrılıqda aparılmış araşdırmalar göstərir ki, yalnız ən aşağı (0-100) bal intervalında oğlan abituriyentlərin nisbi çəkisi daha yüksəkdir. Belə ki, qəbul imtahanlarında iştirak edən oğlanların 50,6, qızların isə yalnız 36,5 faizi 100-dən az bal toplayıb. Qalan bütün bal intervallarında qızlar (nisbi) sayca üstünlüyə malik olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM