Çində koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb

15:55 | 28.11.2022
Çində koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb

Çində koronavirusa yoluxma üzrə yeni rekord qeydə alınıb

Çində son sutka ərzində 40 052 nəfər koronavirusa yoluxub.  Bu barədə xarici KİV-də məlumat verilib.

Koronavirus pandemiyası başlayandan bəri Çində qeydə alınan ən yüksək gündəlik göstərici olub. Eyni zamanda yoluxanların böyük əksəriyyətinin xəstəliyi simptomsuz keçirdiyi bildirilir.

Çində son aylarda "sıfır kovid" siyasəti ilə əlaqədar iri şəhərlərdə sərt məhdudiyyətlər tətbiq olunur. Ötən həftə sonu bəzi şəhərlərdə bununla bağlı bir neçə etiraz aksiyası keçirilib.
 
Aytac


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb