Çində koronavirusdan ölənlərin sayı 1488-ə çatıb

22:30 | 14.02.2020
Çində koronavirusdan ölənlərin sayı 1488-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 1488-ə çatıb

Çində koronavirus qurbanlarının sayı 1488-ə yoluxanların sayı isə 63 918 nəfər olub. 

APA-nın "Wanyi" informasiya portalına istinadən verdiyi xəbərə görə, virusa yoluxanlardan 6982 nəfəri sağalaraq sərbəst buraxılıb. 

Çin Gigiyena və Sağlamlıq Dövlət Komitəsi ölkədə 1367 nəfərin öldüyünü, 5,9 min nəfərin sağaldığını açıqlayıb. 

Hubey əyalətində də vəziyyət yaxşı deyil. Bu günə olan məlumata görə, əyalət üzrə yoluxanların sayı 51986 nəfərəa çatıb, onlardan 1426-sı ölüb, 4131-i isə müalicə nəticəsində sağalıb. 

Qeyd edək ki, Çindən kənarda koronavirusa yoluxanların sayı 505-ə çatıb. Onlardan ikisinin öldüyü bildirilir. Virusa yoluxanların sayına görə Çindən sonra Yaponiya (251 fakt), Sinqapur (58 fakt) və Taylandın (33 fakt) adları çəkilir. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM