Çində milyonlarla insan yoxa çıxır – İddia

19:41 | 23.03.2020
Çində milyonlarla insan yoxa çıxır – İddia

Çində milyonlarla insan yoxa çıxır – İddia

Çin koronavirusla mübarizədə qalib gəlməyə başladığını elan edir.

Asiya dövləti epidemiyanın episentri sayılan Vuhan şəhərində son günlər bir nəfərin belə, virusa yoluxmadığını bildirir. Amma alternativ mənbələr başqa mətləblərdən danışır.
Bizimyol.info xəbər verir ki, çinli bloger Cennifer Zenq virus yayılmağa başlayandan bəri ölkədə milyonlarla insanın yoxa çıxması iddiasını ortaya qoyub. O, Çin telekommunikasiya şirkəti olan "China Mobile Limited”in ötən ilin dekabrından sonra abunəçilərinin kəskin azaldığını əsas amil kimi götürüb. Şirkətin illərlə 4G və 5G istifadəçiləri dayanmadan artırmış. Dekabrda birdən kəskin azalma müşahidə olunub. "China Mobile Limited” ötən ilin son ayında 862 min belə istifadəçi itirib. Bu ilin yanvarında isə vəziyyət lap ağırlaşıb. Birdən-birə 7 milyon 254 min abunəçi yoxa çıxıb. Son iki ayda itirilən istifadəçilərin sayı 8,1 milyonu ötüb.
Cennifer Zenq bu qədər insanın birdən-birə kütləvi şəkildə internetdən istifadədən imtinasını təbii saymır. Onun fikrincə, çinlilər fəal istifadəçilərdir, həyat tərzini kəskin dəyişə bilməzdilər. Zenq dolayısıyla Çində koronavirusdan milyonlarla ölüm olduğuna eyham vurur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM