İngilislər müəllimlərimizin peşə bacarıqlarını artırmağa gəldilər - FOTO

15:27 | 15.12.2015
İngilislər müəllimlərimizin peşə bacarıqlarını artırmağa gəldilər - FOTO

İngilislər müəllimlərimizin peşə bacarıqlarını artırmağa gəldilər - FOTO

Böyük Britaniyadan gələn mütəxəssislər peşə təhsili müəssisələrinin İKT və telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəlliminə təlim keçəcək. Bu təlimlərə qatılmaq üçün müəllimlər ərizə yolu ilə qəbul olunublar.

ANN.Az xəbər verir ki, təlimlər 15-17 dekabrda 5 saylı Bakı peşə liseyində keçiriləcək. Əsas məqsədi ölkədə texniki peşə təhsili və təliminin inkişafına töhfə vermək olan "İş Dünyası üçün Bacarıqlar" layihəsinin təşkilatçıları "British Council”, "Azercell” və Təhsil Nazirliyidir.

Dövlət və özəl qurumlar arasında əməkdaşlığa əsaslanan bu layihə çərçivəsində Bakıda yerləşən ilk peşə-ixtisas təhsilli müəssisələrində İKT və Telekommunikasiya peşəsi istiqamətində təhsil alanların bilik və bacarıqlarının artırmaqla məşğulluq imkanlarının genişləndirilməsi nəzərdə tutulub. O, cümlədən pilot ilk peşə ixtisas təhsili müəssisələrində İKT üzrə fəaliyyət göstərən müəllimlərin peşə təhsilində effektiv tədris metodları təlimlərinin keçirilməsi və tədris etdiyi ixtksas üzrə bacarıqlarının təkmilləşdirilməsi layihədə əsas istiqamətlərdən biridir. 

Artıq təlimlərə start verilib və bu münasibətlə 5 nömrəli Bakı peşə liseyində təqdimat mərasimi keçirilib. Burada iştirakla bağlı müsahibələr təşkil olunub və Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı tərəfindən 500 nəfərdən çox İKT və telekommunikasiya peşəsi istiqaməti üzrə təhsil alan müraciətçinin ərizələrinə baxılıb, bacarıqları qiymətləndirilib, 120 nəfər şagird seçilib. 

Seçilən şagirdlər karyera və iş imkanlarının axtarılması istiqamətində bacarıqlara yiyələnəcək , "Azercell Telekom" MMC-nin dəstəyilə istehsalat təcrübəsi keçəcək və bu da ilk peşə- ixtisas təhsili müəssisələri məzunlarının məşğuliyyətinin artırılmasına müsbət təsir göstərəcək. 

Orxan Aslanlı
 
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür