İnsan alveri qurbanlarına 400 avro yardım edilir

19:13 | 26.11.2013
İnsan alveri qurbanlarına 400 avro yardım edilir

İnsan alveri qurbanlarına 400 avro yardım edilir

“Bu gün insan alverinin qurbanına çevrilən şəxslərə verilən birdəfəlik yardım 400 avro civarındadır”.

APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev deyib.

 

C. Şıxəliyev qeyd edib ki, insan alverinin qurbanlarının sosial reabilitasiyası üçün xüsusi müəssisələr, sığınacaqlar da fəaliyyət göstərir: “Həmin sığınacaqlarda eyni zamanda 46 qurbana pulsuz bütün xidmətlər göstərilir. Onlar sığınacağa yerləşdirmə anından başlayaraq ilk növbədə hüquqi, tibbi, psixoloji qayğılarla əhatə olunurlar. Bundan başqa, insan alverinin qurbanı olmuş uşaqlar və ya qurbanların uşaqları üçün də həmin sığınacaqda ayrıca uşaq sığınacaqları yaradılıb ki, uşaqlara orada dərsdən yayınmamaları üçün sinif otaqları ayrılıb və zəruri avadanlıqlarla təchiz edilib”.

 

İdarə rəisi onu da əlavə edib ki, “qaynar xətt”, sığınacaq və kömək fondunda insan alverinin qurbanlarına xidmət göstərən işçilər QHT-lərin əməkdaşlarıdır: “Burada heç bir dövlət qulluqçusu işləmir. Bu da müsbət nəticədir ki, QHT-lər qurbanlara fərdi qaydada yanaşırlar. Hər il biz QHT-lər və 15 qurumun ayrı-ayrı nümayəndələri ilə birlikdə respublikanın 60-70 regionunda maarifləndirmə tədbirləri aparırıq. Aparılan o maarifləndirmə tədbirlərinin nəticəsidir ki, bu gün cinayət faktlarının sayı azalıb”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb