“Instagram” da YENİLİK

23:59 | 30.07.2014
“Instagram” da YENİLİK

“Instagram” da YENİLİK

“Instagram” “Snapchat” messenceri kimi işləyən və fotoşəkil və video ilə mübadiləyə icazə verən “Bolt” messencerini nümayiş etdirib.Tətbiq multimedia məlumatlarını sürətli ötürməyə icazə verir. “Instagram” xidmətinin məlumatına əsasən, tətbiq smartfonların əksəriyyətində işləyir, bundan başqa, tətbiq öz funksionalı üçün minimum trafik sərf edir.“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Instagram Bolt” artıq rəsmi elan edilsə də, əksər ölkələrdə hələlik əlçatmazdır. Hazırda “Bolt” tətbiqini Yeni Zelandiya, Sinqapur və CAR-da yükləmək olar. Nə Rusiya, nə Avropa, nə də ABŞ-da messencer hələ ki əlçatmazdır və “Instagram”dan bu haqda məlumat verilmir.“Bolt” tətbiqinin təsvirinə əsasən, tətbiqdə “Snapchat” funksionalı istifadə olunub. Burada, həmçinin mesaja baxdıqdan sonra onun silinmə vaxtını göstərmək olar. Başlanğıc sazlamaya görə, mesajlar qəbul edən tərəfindən baxıldıqdan 10 saniyə sonra yaddaşdan silinir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb