İnternet əsrinin böyük yeniliyi

23:24 | 18.06.2014
İnternet əsrinin böyük yeniliyi

İnternet əsrinin böyük yeniliyi

“Google” şirkətinin nümayəndələri “Project Loon” adlı son dərəcə qeyri-adi xidmətinin uğurlu inkişafı haqqında söz açıb. Braziliya kəndlərindən birində bu xidmət işə salınıb ki, nəticədə kənd sakinləri artıq yüksəksürətli internetdən istifadə etmək imkanı əldə ediblər. “ICTnews" elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, “Project Loon” xidməti bortunda telekommunikasiya avadanlığı quraşdırılmış bütöv hava şarları şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Sınaqlar göstərib ki, bu cür yanaşma fiber-optik kabel çəkmək heç də asan olmayan rayonlarda iqtisadi cəhətdən əlverişlidir. Bu, bir qayda olaraq, yaşayış məntəqələrinin coğrafi şəraiti ilə bağlıdır. “Google” şirkəti “Campo Maior” kəndinin üzərində hava şarını yerləşdirib. Buna qədər kənddə yalnız internet deyil, həm də mobil rabitə olmayıb. İnternet nəhəngi tərəfindən hava şarında yerləşdirilmiş avadanlıq dördüncü nəsil mobil şəbəkələrinə qoşulur. Mütəxəssislər bildiriblər ki, bu, hələ ki Braziliya kəndi üzərində sınaq işə salması olub, amma yaxın gələcəkdə hava şarı yenidən səmaya qalxacaq və daimi işləyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb