İqtisad Universitetinin tələbələri London diplomu ala biləcəklər

17:01 | 03.04.2015
İqtisad Universitetinin tələbələri London diplomu ala biləcəklər

İqtisad Universitetinin tələbələri London diplomu ala biləcəklər


Aprelin 3-də Dövlət İqtisad Universitetində London İqtisadiyyat Məktəbi (LSE) arasında əməkdaşlıqla bağlı razılaşma memorandumu imzalanıb. Tədbirdə Təhsil nazirinin müavini Ceyhun Bayramov, dövlət qurumlarının və ali təhsil müəssisələrin nümayəndələri iştirak edib.

Əldə olunan razılığa əsasən, azərbaycanlı tələbələr Avropanın ən nüfuzlu iqtisadiyyat məktəblərindən sayılan London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu ADİU-da əldə etmək hüququ qazanacaqlar.

Bu əməkdaşlıq «Pearson» şirkətinin «Oxbridge Educational Services» (OES) təşkilatının dəstəyi ilə həyata keçiriləcək.

Tədbirdə çıxış edən ADİU rektoru, professor Ədalət Muradov bildirib ki, ikitərəfli layihə azərbaycanlı tələbələrin dünya əmək bazarında rəqabətqabiliyyətli kadr kimi hazırlanması baxımından əhəmiyyətlidir.

Nazir müavini Ceyhun Bayramovsa çıxışında deyib ki, Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartların adaptasiyası istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. O, belə layihələrin Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini də söyləyib.

OES təşkilatının rəhbəri Kate Sharpe məruzəsində London İqtisadiyyat Məktəbindəki tədris prosesi, razılaşmanın detalları və gələcək perspektivlər barədə danışıb.

Memoranduma əsasən, London İqtisadiyyat Məktəbinin 3 illik proqramına qoşulacaq tələbələr Azərbaycanda LSE-nin Humanitar və Sosial Elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək hüququ qazanacaq. ​

Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM