İran ABŞ-dan zəmanət istəyir

14:42 | 31.05.2016
İran ABŞ-dan zəmanət istəyir

İran ABŞ-dan zəmanət istəyir

Birləşmiş Ştatlar Qərbin bank sisteminin İranla biznes qurmasından ötrü daha çox iş görməlidir. Bunu İranın Xarici işlər naziri Mohammad Javad Zarif deyib.

Zarif hazırda Avropada səfərdədir, İrana sanksiyalar qaldırılandan sonra Tehranla biznesin gücləndirilməsinin təbliğatını aparır. O deyib ki, Qərb bankları İranla biznes qurmaqdan çəkinir, çünki ABŞ-ın qüvvədə qalan sanksiyalarından çəkinir.

"Avropa ölkələri, özəlliklə də Birləşmiş Ştatlar nüvə sazişinin icrasına, xüsusilə, bank məsələlərinə ciddi yanaşmırlar”, Zarif mayın 30-da Varşavaya səfəri zamanı deyib.

Dünyanın ən böyük bankları tərəddüd işindədir. Zarif deyib ki, Birləşmiş Ştatlar İranla işləyən heç bir şirkətə sanksiya qoyulmayacağına təminat verməlidir.

Zarif Polşa liderlərilə görüşüb, onlar İranla ticarət dövriyyəsini ildə 1 milyard dollar çatdırmağa boyun olublar. 2014-cü ildə bu rəqəm 57 milyon dollar idi.

İranın xarici işlər naziri Finlandiya, İsveç, Latviyaya da səfər edəcək. Səfərin iyunun 2-də başa çatacağı gözlənilir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM