İran neftin qiymətinin artacağını proqnoz verdi

12:48 | 18.05.2015
İran neftin qiymətinin artacağını proqnoz verdi

İran neftin qiymətinin artacağını proqnoz verdi

İranın neft naziri Rokneddin Cavadi sanksiyalar ləğv edildikdən sonra üç ay ərzində neft hasilatının sutkada 2,5 milyon barelə çatacağına əminliyini bildirib.

Oxu.Az Lenta-ya istinadən xəbər verir.

Bundan başqa, o qeyd edib ki, 2016-cı ilin sonunda neftin qiyməti bir barel üçün 80 dollara qalxa bilər.

Nazir müavini çox şeyin qiymətlərdən asılı olmasına baxmayaraq, İranın ticarəti bərpa edəcəyini və sutkada 2,5 milyon barel neft ixrac edəcəyini əminliklə bildirib.

O, həmçinin ixracın 50%-nin Asiya ölkələrinin payına düşəcəyinə ümid etdiyini qeyd edib.

OPEK-in hasilatı azaldacağına dair suala cavab verərkən, Cavadi "Mən belə düşünmürəm” deyə, cavab verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb