İran və "altılıq" razılaşdı, neftin qiyməti düşdü

13:53 | 14.07.2015
İran və

İran və "altılıq" razılaşdı, neftin qiyməti düşdü

Brent neftinin bir barelin qiyməti təxminən 1 dollarlıq enişlə 57,44-dən 56,67-yə düşüb.

İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın ("altılıq") apardığı nüvə müzakirələrində razılıq əldə olunub.

ANS PRESS-in məlumatına görə, İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Mərmi sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq. Adının açıqlanmasını istəməyən iranlı diplomat sıx əlaqələrin və danışıqların nəticə verdiyini söyləyib. Digər bir iranlı rəsmi isə müqaviləni təsdiqləyib. 

Müzakirələrə qatılan xarici işlər nazirlərinin bu gün Avstriyanın paytaxtı Vyanada toplanacağı, görüşdən sonra mətbuat konfransının keçirilməsi gözlənilir.

BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr və Almaniyanın İranla nüvə silahların idarə edilməsi mövzusunda razılıq əldə etməsi Brent neftin qiymətinə də təsir edib. Hazırda Brent neftinin bir barelin qiyməti təxminən 1 dollarlıq enişlə 57,44-dən 56,67-yə düşüb. Bu ucuzlaşmanın hələ bir müddət də davam etməsi gözlənilir.


Dünya bazarında neftin qiyməti (Bloomberg)


Əldə olunan razılıqdan sonra "altılığ"ın (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) İrana qarşı tətbiq etdiyi sanksiyalar aradan götürüləcək. Nəticə etibarı ilə İran dünya bazarına yenidən qayıdacaq. Neft istehsalçısı olan İranın uzun müddətdən sonra bazara girməsi isə mövcud neft qiymətlərinin ciddi şəkildə ucuzlaşmasına gətirib çıxaracaq. 

Dünya birjalarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən ANS PRESS-ə verilən məlumata görə, "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,13 dollar bahalaşaraq 60,07 dollara çatıb.
 

WTI neftinin son iki aylıq qiymət cədvəli 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM