İrana getmək istəyənlərə şad xəbər

13:21 | 13.05.2015
İrana getmək istəyənlərə şad xəbər

İrana getmək istəyənlərə şad xəbər


İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr coğrafi, tarix, müştərək dini, mədəni dəyərlər inkişaf edir. Həmçinin geniş ticarət potensialı, nəqliyyat, yüklərinin tranzit edilməsi və enerji baxımından strateji xarakter daşıyır. Həmin sahələrdə olan münasibətlər istər keçmiş zamanda, istərsə də hazırda hər iki ölkə üçün bir çox müsbət tərəflərə malikdir. Bu münasibətlər arasında turizm sahəsinin inkişafı da önəmli yer tutur. Məhz bu səbəbdən də, İran İslam Respublikası tərəfindən dəfələrlə Xəzər dənizində turizmin inkişafı ilə bağlı müraciətlər olunub. Bu məsələlər müzakirə olunub.


İranın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə bildirilib ki, tranzit sahəsində gəmi reyslərinin gücləndirilməsi, xüsusilə də sərnişinlərin daşınması turizm və ticarət sektorunun genişlənməsində xüsusi əhəmiyyət daşıyır. Səfirlikdən verilən məlumata görə, yaxın zamanlarda Xəzər dənizi vasitəsilə İranla Azərbaycan arasında turizm sahəsinin yaradılması mümkündür.

"Gəmi reysləri və xüsusilə də sərnişin daşınması sahəsində həmkarlıqların genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. "Bakı-Ənzəli” gəmi sərnişin daşıma yolunun yaxın gələcəkdə yenidən işə düşməsi gözlənilir. Azərbaycan tərəfinin bu barədə müsbət fikiri var. Şübhəsiz, bu gəmi yolunun açılması İran və Azərbaycan Respublikası arasında turizm sahəsində münasibətlərin genişlənməsi ilə nəticələnəcək”, - deyə səfirlikdən bildirilib.

Azərbaycan tərəfi də öz növbəsində İranla dəniz nəqliyyatının bərpa olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mədəniyət və Turizm Nazirliyindən bu əlaqələrin hər iki ölkə üçün mühüm olduğunu bildirirlər. Nazirliyin Regionların turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun ANS PRESS-ə verdiyi açıqlamada su nəqliyyatının inkişafı zamanı turizm üçün gözəl şərait yaradılacağını bildirib.

"Turizimin inkişafındə nəqliyyat faktoru çox önəmli amildir. Başqa ölkələr arasında hər hansı əlaqələrin yaradılmasında nəqliyyatın inkişafı əsas məsələlərdən biridir. Qonşu ölkələr arasında nəqliyyat mübadiləsi, xüsusilə də su nəqliyyatı önəmlidir. Xüsusilə İran İslam Respublikası ilə əlaqələr ölkəmiz üçün çox vacibdir. Azərbaycanla İran arasında dostluq və qardaşlıq münasibətləri var. Biz İranda sərgilərdə iştirak edirik. Onlar da Azərbaycandan gəlirlər və tədbirlərdə iştirak edirlər. Su nəqliyyatının yaradılması isə iki ölkə arasında gediş-gəlişi rahatlaşdırar. İki ölkə arasında turizmin inkişafına gözəl şərait yaradacaq”, - deyə Mahir Qəhrəmanov bildirib.

Qurum rəsmisi turizm baxımında İranla əlaqənin çox vacib olduğunu deyir. Onun sözlərinə görə, İran tərəfindən də Azərbaycana çox maraq göstərilir. Mahir Qəhrəmanov deyir ki, Azərbaycan da bu məsələyə laqeyd deyil: "Biz də öz növbəsində Xəzər dənizində turizmin yaradılmasını çox dəstəkləmişik. Hələ 2009-cu ildə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranla birgə Xəzər dənizində turizm məsələsilə bağlı əməkdaşlığa dair görüş keçirilmişdi. Birgə turizmin yaradılması ilə bağlı razılığa da gəlinmişdi. Lakin bu məsələ son həddə qədər öz həllini tapmadı. Bu ölkələr tərəfindən turizm təşkilatına müraciət olunmuşdu. Onların tərəfindən ekspert də müəyyən edilmişdi. Həmin ekspert Xəzər dənizində turizm gəmisinin yaradılması ilə bağlı öz təkliflərini vermişdi”.

Mahir Qəhrəmanov deyir ki, nazirlik hesab edir ki, İranla Azərbaycan arasında birbaşa gəmi işləməyi məqsədə uyğundur.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətindən də bildirilir ki, İranla Azərbaycan arasında su nəqliyyatının inkişaf etdirilməsi üçün hər bir şərait var. Cəmiyyətin mətbuat katibi Ceyhun Əsgərovun ANS PRESS-ə verdiyi məlumata görə, hələlik bu barədə heç bir müracət daxil olmayıb.

"Azərbaycan tərəfi kommersiya əsasları ilə sərnişin daşımaya hazırdır. Sərnişin daşıma üçün bütün imkanlar var. Yəni sərnişinlərin daşınması üçün gəmilər nəzərdə tutulub. Sadəcə olaraq İran tərəfindən bizim quruma bununla bağlı heç bir rəsmi müraciət daxil olmayıb. Bu səbəbdən də belə layihə nəzərdə keçirilməyib”, - deyə Ceyhun Əsgərov bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb