İranda film çəkilişi zamanı partlayış: 5 ölü

16:48 | 08.01.2014
İranda film çəkilişi zamanı partlayış: 5 ölü

İranda film çəkilişi zamanı partlayış: 5 ölü

 İranda film çəkilişi zamanı faciə baş verib.APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, hadisə bu gün Tehran-Qum avtobanının 35-ci kilometrliyinə yerləşən Müqəddəs Müdafiə Kino Şəhərciyində rejissor Məsud Dehnəməkinin çəkdiyi “Moraciaha” (Müraciət edənlər) filminin çəkilişləri zamanı olub. Nəticədə 5 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı bildirilir. Belə ki, faciə daha güclü partlayış törətmək üçün benzindən istifadə edilməsi nəticəsində baş verib. Nəticədə şəhərciyin maşın parkındakı bir neçə avtomobil də yanıb. Ölənlərdən biri Müqəddəs Müdafiə Kino Şəhərciyinin direktoru Əli Əkbər Rəncirdir. Bundan əlavə, kaskadyor Rza Fərəci, iki fəhlə və bir gözətçi yerindəcə ölüb. Yaralılar yaxınlıqdakı xəstəxanaya qaldırılıblar.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM