Qaynarinfo xəbər verir ki, bu barədə əyalətin Təhsil və Tədris müdiri Cəfər Paşayi məlumat verib.
Onun sözlərinə görə, 23 sentyabrdan etibarən bəzi məktəblərdə Azərbaycan türkcəsi dərslərinə başlanılacaq. Dərslər həftədə 2 saat olmaqla ümumilikdə 60 saat tədris ediləcək. Bu addıma səbəb bölgə əhalisinin tələbi olub.
Cəfər Paşayi qeyd edib ki, Konstitusiyanın 15-ci maddəsi təhsil müəssisələrində həm dövlət dili olan farscanın, həm də ərazidə geniş istifadə olunan digər dillərin tədrisini nəzərdə tutur və bu barədə tələblər daim dəyərləndirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !