İranın xarici işlər naziri "Oskar" qaliblərini təbrik etdi

18:21 | 27.02.2017
İranın xarici işlər naziri

İranın xarici işlər naziri "Oskar" qaliblərini təbrik etdi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Oskar" mükafatı alan "Kommivoyajer" ("Satıcı") filminin yaradıcı heyətini təbrik edib.

Trend-in məlumatına görə, nazir "Tvitter"dəki səhifəsində yazıb:

"Oskar" aldıqlarına görə İranın çəkiliş qrupunu təbrik edirəm".

Qeyd edək ki, İranın "Kommivoyajer" filminin rejissoru Əsgər Fərhadi "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

 
Oskar mərasimi - "İlin ən yaxşı filmi" məlum oldu
Bu, Ə.Fərhadinin ikinci "Oskar"ıdır. Onun "Nadir və Siminin boşanması" filmi 2012-ci ildə həmin nominasiyada mükafat almışdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb