İraq neftinin nəqli bərpa olunub, Azərbaycan neftinin ixracı dayanıb

20:02 | 08.02.2023
İraq neftinin nəqli  bərpa olunub, Azərbaycan neftinin ixracı dayanıb

İraq neftinin nəqli bərpa olunub, Azərbaycan neftinin ixracı dayanıb

Türkiyənin Ceyhana limanından İraq xam neftinin bu ölkədə  baş verən silsilə zəlzələlərdən sonra dayandırılan nəqli bu gün bərpa edilib. Artıq İraq nefti naklerlərə doldurularaq  alıcılara çatdırılır. Azərbaycan neftinin tankerlərə doldurulması isə hələ həyata keçirilmir. Bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir. 
 
Ticarət mənbəsi bildirib ki, gəmi İraq neftini anbardan göndərmək üçün icazə alıb.

İraq Təbii Sərvətlər Nazirliyi saat 21:45-də boru kəmərləri ilə neft nəqlinin ( 18:45 GMT) bərpa olunduğunu bildirib.

İraq neftinin nəqli və ixracı bərpa olunsa da, Azərbaycan neftinin ixracı həyata keçirilmir. Bununla belə, Azərbaycanın BTC boru kəməri hələ də neft nəql edir. Bu neft  Ceyhan terminalında anbara yığılır. 

Azəri-Çıraq-Günəşli yataqlarında da neft  hasilatı davam edir.
 
Ceyhan terminalında hər birinin tutumu 1 milyon barrel olan 7 neft çəni var. Bundan başqa Sanqacal terminalında da ümumi tutumu 2,5 milyon barrel təşkil edən rezervuarlar mövcuddur. AÇG-dən gündəlik neft hasilatı 650.000 barrel təşkil edir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb