İŞİD 10 yaşlı uşağı cəllad etdi - FOTOLAR

13:15 | 11.03.2015
İŞİD 10 yaşlı uşağı cəllad etdi - FOTOLAR

İŞİD 10 yaşlı uşağı cəllad etdi - FOTOLAR

Terror təşkilatı İŞİD İsrail cəsusu olduğu iddia olunan bir gənci 10 yaşlı uşağın əli ilə edam etdirib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD yeni edam görüntüsünü yayımlayıb. Terror təşkilatı İŞİD-in yayımladığı görüntülərdə 10 yaşlı uşağın əlinə silah verildiyi görünür. Görüntülər 13 dəqiqə sürür və edamın Raqqa şəhəri yaxınlığında gerçəkləşdirildiyi ehtimal edilir. Video İsrail agenti olmaqda şübhəli bilinən Muhammad Said İsmail Musallam adlı 19 yaşlı israilli ərəbin etiraf sözləri ilə başlayır. O, İsraildə xüsusi təlim keçdikdən sonra Türkiyə vasitəsilə Suriyaya gəldiyini söyləyir. Sonda görünür ki, 19 yaşlı oğlan 10 yaşlı əlisilahlı uşaq tərəfindən güllə ilə öldürülür.

ANN.Az
 
 
 
 
 
 
 
 
 
 
 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb