İŞİD "Charlie Hebdo"ya basqın edənləri dəstəklədi

18:35 | 09.01.2015
İŞİD

İŞİD "Charlie Hebdo"ya basqın edənləri dəstəklədi

İŞİD yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyasına edilən silahlı hücumla bağlı açıqlama yayıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, terrorçu təşkilat "twitter" səhifəsindəki "səsli bülleten"ində baş verən hadisəni alqışlayıb. Məlumata əsasən, İŞİD-in adından belə açıqlama verilib: "Bu aksiya Həzrəti Məhəmməd peyğəmbərin naminə edilib. Buna görə təbrik edirik".

Xəbərdə bildirilib ki, jurnal redaksiyasına hücum zamanı basqınçılar "Həzrəti Məhəmmədin intiqamını aldıq", - deyə qışqırıblar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb