“İŞİD” daha çox dinc sakini hədəfə alır

23:34 | 03.06.2016
“İŞİD” daha çox dinc sakini hədəfə alır

“İŞİD” daha çox dinc sakini hədəfə alır


BMT-nin yeni hesabatında bildirilir ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşması yeni mərhələyə daxil olub, İraq və Suriyada tutduğu ərazidən kənarda dinc sakinlərə hücum edir, onları qətlə yetirir.

Son altı ayda İŞİD 11 ölkədə hücumları təşkil və təşviq edib, Rusiya, Pakistan, Belçika, Misir, Fransa, Almaniya, İndoneziya, Livan, Türkiyə və Birləşmiş Ştatlarda 500-dən çox dinc adam ölüb.

İyunun 2-də BMT-nin Təhlükəsizlik Şurasında yayılan hesabatda qeyd olunur ki, Suriya və İraqdan qayıdan əcnəbi döyüşçülərin də sayı artır. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb