İŞİD-ın ata-anasını öldürdüyü azərbaycanlı uşaqdan yeni xəbər

11:34 | 25.09.2017
İŞİD-ın ata-anasını öldürdüyü azərbaycanlı uşaqdan yeni xəbər

İŞİD-ın ata-anasını öldürdüyü azərbaycanlı uşaqdan yeni xəbər

Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib. 

Azərbaycan Respublikasının İraqdakı Səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir.
 
Xarici İşlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib. Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı səfirliyimizin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM