“İŞİD-in törətdikləri soyqırım sayılsın”

22:41 | 15.03.2016
“İŞİD-in törətdikləri soyqırım sayılsın”

“İŞİD-in törətdikləri soyqırım sayılsın”

ABŞ Nümayəndələr Palatası İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraq və Suriyada xristianlara, yezidilərə qarşı törətdiyi vəhşilikləri pisləyib və "soyqırımı” adlandırıb.

Palata qətnaməni martın 14-də 393-0 səs çoxluğu ilə qəbul edib. Bu arada ABŞ Dövlət katibi John Kerry İD-nin törətdiklərinin soyqırım kimi tanınmasını nəzərdən keçirir. Bu halda ABŞ silahlı qruplaşmaya qarşı hava zərbələrindən daha sərt tədbir görməli olacaq.

Palatanın spikeri Paul Ryan Ağ Evi qərarı yubatdığına görə tənqid edib, deyib ki, Amerika xalqı daha ucadan və aydın şəkildə danışır.

Nümayəndələr Palatasının qətnaməsində İŞİD-in xristianlar, yezidilər, kürdlər və digər qruplara qarşı törətdikləri "soyqırımı, hərbi cinayət, bəşəriyyətə qarşı cinayət” adlandırılır.

Ancaq qruplaşmaya qarşı mənəvi, hüquqi tədbirlərin görülməsindən ötrü icra orqanının addımı gərəkir.

Daha öncə oxşar addım 2004-cü ildə Sudanın Darfur regionunda törədilən vəhşiliklərlə bağlı atılıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM