İŞİD İraqın ballistik raketlərini ələ keçirdi - VİDEO

11:54 | 02.07.2014
İŞİD İraqın ballistik raketlərini ələ keçirdi - VİDEO

İŞİD İraqın ballistik raketlərini ələ keçirdi - VİDEO

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmaları əllərində ballistik Skad raketlərinin olduğunu bildirib.
 
Axar.az xəbər verir ki, bu barədə Əl Ərəbiyyə kanalı məlumat yayıb.
 
İŞİD üzvləri Suriyanın Rakka şəhərində əllərində olan 3 ədəd P-17 (Skad) raketlərini nümayiş etdiriblər. Onların İraq ordusundan qənimət kimi götürüldüyü bildirilib.
 
Bundan başqa döyüşçülər İraq ordusundan qənimət olaraq götürülmüş ABŞ istehsalı olan M198 haubitsalarının görüntülərini də internetdə yerləşdiriblər.
 
Qeyd edək ki, İŞİD ordusu son 3 həftə ərzində İraqa hücumu nəticəsində ölkənin bir neçə şəhər və yaşayış məntəqəsini tutub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM