İŞİD-lə döyüşlərdə 7 Suriya hərbçisi və 11 "Hizbullah" döyüşçüsü ölüb

20:40 | 29.08.2017
İŞİD-lə döyüşlərdə 7 Suriya hərbçisi və 11

İŞİD-lə döyüşlərdə 7 Suriya hərbçisi və 11 "Hizbullah" döyüşçüsü ölüb

Döyüşlər Suriyanın Qərbi Qələmun regionunda baş verib.

Suriyanın qərb hissəsində yerləşən Qərbi Qələmun bölgəsində İŞİD terror qruplaşması yaraqlıları ilə gedən döyüşlərdə 7 yerli hərbçi və Livanın "Hizbullah" hərəkatının 11 döyüşçüsü həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hizbullah" liderinə istinadən "Reuters" məlumat yayıb.

Bundan əvvəl Suriya ordusu və "Hizbullah" hərəkatı döyüşçülərinin Suriya və Livan sərhədini tam olaraq İŞİD terror qruplaşmasından azad etdiyi xəbər verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti