İŞİD lideri Ərdoğanı hədələdi

09:25 | 12.08.2014
İŞİD lideri Ərdoğanı hədələdi

İŞİD lideri Ərdoğanı hədələdi

Türkiyədə prezident seçilən Rəcəb Tayyib Ərdoğan şok təhdid alıb.ANS PRESS-in məlumatına görə, özünü xəlifə elan İŞİD lideri Əbubəkr əl-Bağdadi Ərdoğana ona beyət etməyi təklif edib.Terrorçu qruplaşma rəhbəri "Twitter"də atdığı tvitdə Türkiyənin yeni prezidentini təhdid edib: "Ərdoğan dünyəvi bir insandır, şəriətə görə davranmır və peşmergəni dəstəkləyir... Yaxında özünüzü İslam oğullarının birbaşa qarşısında görəcəksiniz. Ərdoğan dərhal mənə beyət etməlidir". İŞİD-ə görə mürtəd elan edilən Ərdoğanın bu təhdidlərə necə cavab verəcəyi maraqla gözlənilir.Qeyd edək ki, İŞİD lideri Əbubəkr əl-Bağdadinin əslində yəhudi kəşfiyyatçısı ölduğu bildirilir. Belə ki, ABŞ-ın Rusiyada sığınacaq tapmış Edvard Snouden Bağdadinin ərəb yox, yəhudi olduğunu açıqlamışdı. Əsl adının Şimon Eilot olduğunu bildirmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb