İŞİD Quranı dəyişdirmək istəyir

16:15 | 02.08.2014
İŞİD Quranı dəyişdirmək istəyir

İŞİD Quranı dəyişdirmək istəyir

Terror təşkilatı təhrif olunan surələri yenidən yazacağını iddia edir.

İraq Şam İslam Dövləti terror təşkilatı “Qurani-Kərim”in bəzi hissələrində dəyişiklik edəcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, İraqda etdiyi qırğınlarla gündəmə gələn İŞİD indi də Quranın dəyişdirildiyini iddia edərək, təhrif olunan surələri yenidən yazacağını bildirib.

Terror təşkilatı xüsusilə “Kafirun” surəsini dəyişdirmək istədiyinə də toxunub. Dini kitabın təhrif edildiyini iddia edən İŞİD buna bir son verəcəyini bildirib.

Qeyd edək ki, “Kafirun” surəsi Qurani-Kərimin 109-cu surəsidir. Mənası “Kafirlər” deməkdir. Ayələrinin sayı 6, kəlmələrin sayı 27, hərflərin sayı 95-dir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb