İŞİD yeni “11 sentyabr”a hazırlaşır

14:06 | 19.10.2017
İŞİD yeni “11 sentyabr”a hazırlaşır

İŞİD yeni “11 sentyabr”a hazırlaşır

İŞİD terror qruplaşmasının üzvləri 2001-ci il, 11 sentyabr hadisələrinə bənzər terror aktları törətməyi planlaşdırır.

AzVision.az "Daily Mail”-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxışında bildirib.

"Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları planlaşdırır. Kəşfiyyat bundan əmindir”, - deyə Eleyn Dyuk vurğulayıb. 

Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri zərərsizləşdirmək üçün istifadə edəcəyi üsulları açıqlamayıb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM