İslam Kərimovun beyninə qan sızıb

16:13 | 29.08.2016
İslam Kərimovun beyninə qan sızıb

İslam Kərimovun beyninə qan sızıb

Özbəkistan prezidenti İslam Kərimov bazar günü, avqustun 28-də xəstəxanaya yerləşdirilib. 

Oxu.Az xəbər verir ki, bu barədə onun qızı Lola Kərimova-Tillayeva öz instaqram səhifəsində bildirib. 

"Ötən şənbə günü səhər onun beyninə qan sızıb, xəstəxanaya aparılıb, hazırda reanimasiya şöbəsində müalicə olunur. Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”, - o yazıb. 

Kərimovun xəstəxanaya yatırılması haqqında bazar ertəsi avqustun 29-da bildiriblər. Özbəkistan hökumətinin mətbuat xidmətinə onun stasionar müalicədə olduğu bildirilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti