İslam Kərimovun ölüm xəbəri təkzib edildi

09:00 | 30.08.2016
İslam Kərimovun ölüm xəbəri təkzib edildi

İslam Kərimovun ölüm xəbəri təkzib edildi

Özbəkistan prezident aparatı İslam Kərimovun ölüm xəbərini təkzib edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezident aparatındakı mənbə bildirib.
 
"Prezident İslam Kərimovun vəziyyəti sabitdir”, deyə mənbə bildirib.
 
Qeyd edək ki, İslam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib. Bu gün bəzi xəbər saytları İslam Kərimovun vəfat etməsi barədə məlumat yayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti