İspaniyada İslam Universiteti açıldı

21:32 | 12.09.2016
İspaniyada İslam Universiteti açıldı

İspaniyada İslam Universiteti açıldı

İspaniyanın Bask vilayətindəki San-Sebastyan şəhərində İslam Universiteti fəaliyyətə başlayıb.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, ölkədə ilk belə təhsil müəssisəsi olan universitetdə yerli məscidlər üçün kadrlar hazırlanacaq, İslam dini onu öyrənmək istəyənlərə akademik səviyyədə tədris olunacaq.

Universitetin yaradıcısı Rəşid Butrabux bildirib ki, əsas məqsəd internetdə yayılan zərərli dini təbliğata, ekstremist ideyalara qarşı mübarizə aparmaqdır.

İspaniya İslam Təşkilatları Federasiyası da bu ölkədə yaşayan müsəlmanların dini təhsili üçün müəssisənin yaradılması ideyasını dəstəkləyir. Bir neçə aydan sonra federasiyanın özünün də belə bir təhsil mərkəzi yaradacağı planlaşdırılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb