İsrail “terrorçu dövlət” elan olundu

11:24 | 31.07.2014
İsrail “terrorçu dövlət” elan olundu

İsrail “terrorçu dövlət” elan olundu

İsrailin “Yediot Ahronot” qəzetinin internet saytında dərc olunan xəbərə görə, Boliviya İsraili “terrorçu dövlət” elan edib və İsraillə olan viza razılaşmasının dayandırıldığını açıqlayıb. ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Boliviya prezidenti Evo Morales “İsrail dünya ölkələri üçün təhdiddir və bu addımı İsrail terrorçu bir dövlət olduğu üçün atdıq” deyib. Onun sözlərinə görə, “İsrail beynəlxalq cəmiyyətin dinclik və təhlükəsizliyinə zəmanətdə yer almır. İnsan hüquqlarını pozan bir rejim kimi dünya ölkələri üçün təhdid mövqeyindədir”. Qeyd edək ki, 1972-ci ildən bu yana ikitərəfli razılaşma əsasında İsrail vətəndaşları, Boliviyaya viza olmadan girə bilərdi. Xatırladaq ki, 2009-cu ildə də Boliviya İsrailin Qəzza hücumlarına sərt reaksiya vermiş və Evo Morales ölkəsinin İsrail ilə olan diplomatik əlaqələrini kəsmə qərarı almışdı. Morales, hökumət sarayında etdiyi çıxışında o dövrün İsrail Baş naziri Ehud Olmert və kabinetinin buraxılmasını tələb etmiş, hücumlara səssiz qalan BMT Təhlükəsizlik Şurasına isə “Etibarsızlıq Şurası” ifadəsini istifadə edərək ad qoymuşdu. Bundan əlavə, o, həmin dövrün İsrail prezidenti Şimon Peresdən Nobel Sülh Mükafatının alınmasının lazım olduğunu irəli sürmüşdü.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb