İsrail vətəndaşlarına dərhal Türkiyəni tərk etməyə çağırdı

15:06 | 28.03.2016
İsrail vətəndaşlarına dərhal Türkiyəni tərk etməyə çağırdı

İsrail vətəndaşlarına dərhal Türkiyəni tərk etməyə çağırdı

İsrailin terrorla mübarizə üzrə qərargahı Türkiyə ərazisində terror hücumlarının baş vermə ehtimalının artması barədə məlumat yayıb

 İsrailin terrorla mübarizə üzrə qərargahı bu gün Türkiyə ərazisində terror hücumlarının baş vermə ehtimalının artması barədə məlumat yayıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu xəbərdarlıqla əlaqədar olaraq israillilərə bu ölkəyə getməkdən çəkinmək, Türkiyədə olanlara isə dərhal oranı tərk etmək tövsiyə edilib.

"Vəziyyətin qiymətləndirilməsi terror təşkilatlarından, xüsusilə də hədəf kimi turistik məkanları və israilli turistləri seçən İŞİD-dən qaynaqlanan təhlükə səviyyəsində əhəmiyyətli artım olduğunu göstərir. Bunları nəzərə alaraq terrorla mübarizə üzrə qərargah Türkiyəyə səfər zamanı risk səviyyəsini ikinci səviyyəyə (yüksək konkret təhlükə) qaldırır və vətəndaşlara bu ölkəyə səfərlərdən çəkinmələrini tövsiyə edir. Hazırda Türkiyədə olan vətəndaşlara isə dərhal oranı tərk etmək tövsiyə edilir", - terrorla mübarizə üzrə qərargahın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb