İsrailin baş naziri Netanyahu Kipr üzərindən Avropaya qaz ixrac etməyi təklif edib

22:26 | 10.03.2023
İsrailin baş naziri Netanyahu Kipr üzərindən Avropaya qaz ixrac etməyi təklif edib

İsrailin baş naziri Netanyahu Kipr üzərindən Avropaya qaz ixrac etməyi təklif edib

Yəhudi dövləti Kiprdə ixtisaslaşmış infrastruktur vasitəsilə Avropaya təbii qaz ixracını artırmağa hazırdır. Bunu İsrailin baş naziri Benyamin Netanyahu İtaliyanın "Made in Italy” müəssisələr və məhsullar üzrə naziri Adolfo Urso ilə görüşü zamanı bildirib.

"Biz artıq sizin milli şirkətinizlə qaz sahəsində əməkdaşlıq edirik, lakin biz bu genişləndirmək istəyirik", - siyasətçi bildirib.

O əlavə edib ki, ölkələr İsrailin İtaliyaya və İtaliyadan Avropaya qaz ixrac etmək imkanlarını artırmaq üçün Kiprdə mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturunun genişləndirilməsini diqqətlə və operativ şəkildə nəzərdən keçirməlidir.

Fevralda Financial Times qəzeti İsrailin tarixində ilk dəfə olaraq öz neftini ixrac etməyə başladığını yazmışdı. İlk yanacaq partiyası Yunanıstanın Energean şirkəti tərəfindən işlənən Kariş dəniz yatağından çıxıb.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti