İstirahət günü yaz havası olacaq

13:32 | 01.03.2014
İstirahət günü yaz havası olacaq

İstirahət günü yaz havası olacaq

Bakıda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilirİstirahət günü ölkə ərazisində mülayim hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə istirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM