• $
  • £

İstismara veriləcək avtobuslar qırmızı rəngdə olacaq

İstismara veriləcək avtobuslar qırmızı rəngdə olacaq
28.03.2024 17:36
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.
Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bu Tələblərin 1 nömrəli əlavəsində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir.

Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Cəmiyyət 17:35
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 16:12
Sabah çimərliklərdə hava necə olacaq?
Müştərinin çantasını oğurlayan şəxs tutulub
Cəmiyyət 15:52
Müştərinin çantasını oğurlayan şəxs tutulub
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Cəmiyyət 14:44
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Cəmiyyət 13:06
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Külli miqdarda narkotik aşkarlanıb
Cəmiyyət 12:07
Külli miqdarda narkotik aşkarlanıb
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol