• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
30.10.2026 15:25

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.

Bu barədə DİM-dən bildirilib. Qeyd olunub ki, imtahanlarda iştirak etmək istəyən iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və elektron ərizə formasını dolduraraq təsdiq etməlidirlər. Qeydiyyat elektron xidmətlər portalı vasitəsilə həyata keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar şəxsi kabinetlərinin pul hesabına 110 manat əlavə etməlidirlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikdə hər imtahan üçün ayrıca 110 manat ödəməlidirlər.

Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarından ibarət olacaq.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının noyabrın 22-də, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə imtahanın noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək.

İmtahanlar elektron formada, kompüter vasitəsilə keçiriləcək. İmtahan proqramları ilə DİM-in internet saytında tanış olmaq mümkündür. İmtahan nəticələri verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil imtahanında azı 30, əcnəbilər üçün Azərbaycan dili imtahanında isə azı 25 bal toplayan iddiaçılara müvafiq şəhadətnamə verilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol