İsveç imtina edir

10:00 | 18.01.2014
İsveç imtina edir

İsveç imtina edir

Stokholm 2022-ci ilin Qış olimpiya oyunlarına ev sahibliyi etmək uğrunda mübarizədə iştirak etməyəcək. Lent.az-ın "BBC"yə istinadən məlumatına görə, bu haqda şəhər valisi açıqlama verib. "Qış Olimpiya oyunlarının keçirilməsi, yeni idman qurğularının tikilməsi üçün böyük sərmayə tələb olunur. Ancaq olimpiada başa çatdıqdan sonra həmin obyektlərə ehtiyac olmur"-deyə, İsveçin hakim partiyasının bəyanatında vurğulanıb. Xatırladaq ki, 2013-cü ilin noyabrında Beynəlxalq Olimpiada komitəsi 2022-ci ilin qış oyunlarına ev sahibliyi etmək uğurunda mübarizə apara biləcək şəhərləri adlarını açıqlamamışdı – Stokholm, Alma-ata, Pekin, Krakov, Oslo və Lvov. Məsələ ilə yekun qərar 2015-ci il iyulun 15-də Malayziyanın Kuala-Lumpur şəhərində elan olunacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb