İsveç qaçqınlara görə Danimarka ilə sərhədi bağlayır

12:35 | 04.01.2016
İsveç qaçqınlara görə Danimarka ilə sərhədi bağlayır

İsveç qaçqınlara görə Danimarka ilə sərhədi bağlayır

Sərhəd nəzarətinin tətbiqi iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsinin kəsilməsinə gətirib çıxaracaq

İsveç yanvarın 4-dən etibarən Danimarka ilə sərhəddə yerləşən Eresunn körpüsündə sərhəd nəzarətini bərpa edir.
"Report" DW-yə istinadən xəbər verir ki, İsveç bu yolla Norveç ərazisindən keçməklə ölkəyə gələn qeyri-leqal miqrant axınının qarşısını almaq niyyətindədir.

Hər iki dövlətin Şengen zonasına daxil olmasına baxmayaraq, boğazı keçən bütün qatar, avtobus və gəmi sərnişinlərinin pasportları və vizaları yoxlanılacaq.

İsveç 2015-ci ildə Suriya, İraq və Əfqanıstandan 160 mindən çox qaçqın qəbul edib. Hər gün müxtəlif nəqliyyat vasitələri Eressun boğazını 75 min dəfə keçir. Ekspertlərin hesablamalarına görə, sərhəd nəzarətinin tətbiq olunması İsveçə bir ilə 175 min avroya başa gələcək. Bundan əlavə, sərhəd nəzarətinin tətbiqi iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsinin kəsilməsinə gətirib çıxaracaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb