İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

21:30 | 20.01.2023
İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

İsveçrə dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına sərf etməyə qarşı deyil, lakin bunun üçün referendum tələb oluna bilər.

 "RBK-Ukrayna” xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnasio Kassis "Tages-Anzeiger” nəşrinə müsahibəsində bildirib.

"Ukraynanın bərpasına kömək etməkdə ciddiyiksə, onu necə maliyyələşdirəcəyimizi düşünməliyik”, - deyən nazir əlavə edib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsi addımını müzakirə edir.

Kassis vurğulayıb ki, İsveçrə 7,5 milyard frank (8,2 milyard ABŞ dolları) dəyərində Rusiya aktivini dondurub, lakin ölkə qanunvericiliyinə görə, onlar müsadirə oluna bilməz. Bu qanunu dəyişdirmək üçün isə yəqin ki, referendum tələb olunacaq.

"Bizə aid olmayan pulları sadəcə mənəvi cəhətdən düzgün hesab etdiyimiz üçün götürə bilmərik. Mülkiyyət hüququ deyilən bir şey var”, - İsveçrənin xarici işlər naziri deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb