İsveçrədəki seçkilərdə millətçi partiya qələbə qazandı

17:51 | 19.10.2015
İsveçrədəki seçkilərdə millətçi partiya qələbə qazandı

İsveçrədəki seçkilərdə millətçi partiya qələbə qazandı

Miqrant axınına qarşı sərt mövqe tutan İsveçrə Xalq Partiyası oktyabrın 18-də keçirilən parlament seçkilərində qələbə qazanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, millətçi partiya 200 yerlik Milli Şurada 65 kürsüyə sahib olub. İkinci yerdə olan Sosial-Demokrat Partiyası isə əvvəlki 46 mandat əvəzinə bu dəfə 43 yerlə mandatla kifayətlənib.  
Liberal-Demokrat Partiyası əlavə 3 mandat qazanaraq 33 deputat yeri əldə edib.

Kiçik partiyalarla birlikdə Milli Şurada 101 deputat kürsüsü əldə edən partiya bununla belə hökumət qura bilməyəcək.  

İsveçrə Xalq Partiyası sədr Roqer Keppelin rəhbərliyi altında seçkilərə miqrant  əleyhinə layihələrlə qatılıb.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb