İtkin düşən neftçilərin axtarışı nəticə vermir

17:51 | 09.12.2015
İtkin düşən neftçilərin axtarışı nəticə vermir

İtkin düşən neftçilərin axtarışı nəticə vermir

"Saat 16:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları Fövqladə Hallar Nazirliyinin helikopterləri və AZAL-dan götürülmüş helikopterlərlə davam etdirilir. Əfsuslar olsun ki, nəticə əldə olunmayıb".

Trend-in məlumatına görə, bu barədə "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Əlirəhimov bildirib ki, yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Onun sözlərinə görə, hazırda 5 gəmi yanğının söndürülməsi işlərini davam etdirir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM