İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlara cəlb olunur

11:07 | 28.12.2015
İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlara cəlb olunur

İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlara cəlb olunur

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

Bu barədə ANN.Az-a SOCAR-dan bildiriblər.

Məlumata görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür