“İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir”

21:07 | 09.12.2015
“İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir”

“İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir”

 Fövqəladə Hallar Nazirliyinin (FHN) və Sərhəd Qoşunlarının 4 helikopteri hər gün "Günəşli” akvatoriyasını, "Mərkəzi Çıraq” və "Azəri-Çıraq-Günəşli”  ətrafında havadan və eyni zamanda Sərhəd Qoşunlarının helikopterləri, FHN və SOCAR-ın özünün xilasediciləri "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə və Neft Daşlarının 501 saylı platformasında itkin düşmüş insanların axtarışı dənizdə ilə məşğuldurlar.
 
 "APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
"Çalışırıq ki, son günə qədər əməkdaşlarımızı axtarıb tapaq və ailələrinə təhvil verək, əzizlərinə çatdıraq.  Son məqama qədər bununla bağlı ümidlərimizi itirmirik. Hazırda 5 gəmimiz orada yanğını söndürür. SOCAR-ın orada yanan 4  qaz quyusu var. Hazırda yanğının söndürülməsi illə məşğuluq. Küləkli havanın olmasına baxmayaraq işlər davam etdirilir. Eyni zamanda texnikli tədbirlər də həyata keçirilir. Özüldə su təminatı olmadığı üçün biz ilk növbədə çalışırıq ki özülün su ilə təminatını bərpa edək ,quyuları söndürə bilək”, deyə D.İskəndərov

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM