Jirinovski Azərbaycanı yenə Rusiyaya birləşdirir

21:39 | 23.03.2018
Jirinovski Azərbaycanı yenə Rusiyaya birləşdirir

Jirinovski Azərbaycanı yenə Rusiyaya birləşdirir

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski bəyan edib ki, 2036-cı ildə siyasətdən gedəcək. Lakin buna qədər o, Azərbaycan və Tacikistanı Rusiyaya birləşdirəcək.

Oxu.Az-ın Rusiya qəzetinə istinadən xəbərinə görə, belə bir bəyanat Vladimir Jirinpvskinin vida nitqində yer alıb.

Jirinovski öz nitqini onun siyasətdən getməsini arzulayan jurnalistlərə həsr edib.

Siyasətçi bildirib ki, gələcəkdə Rusiyanın Ali hökmdarı vəzifəsini tutacaq və 2036-cı ildə siyasətdən gedəcək.

Jirinovskinin fikrincə gələcəkdə Azərbaycan və Tacikistan Rusiyanın tərkibinə daxil olacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM