Jurnalist qurumu redaksiyalara müraciət etdi

13:05 | 29.11.2013
Jurnalist qurumu redaksiyalara müraciət etdi

Jurnalist qurumu redaksiyalara müraciət etdi

"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi, qəzet redaksiyalarında gənc jurnalistlərin yaradıcılıq imkanlarını genişləndirmək üçün ciddi addımlar atmağa çağırıb. 

Bu barədə Lent.az-a qurumun rəhbəri Mətləb Salahov jurnalistlərlə söhbətində bildirib. Qurum rəhbəri qeyd edib ki, son illər elektron informasiya sisteminin sürətlə genişlənməsi, informasiya saytlarının əsas xəbər daşıyıcısına çevrilməsi, yaradıcı jurnalistikanı arxa plana atıb: “Elə bu amilə görədir ki, indi qəzet səhifələrində yaradıcı, məzmunlu məqalələrə rast gəlmək nadir hallarda mümkün olur. Jurnalist təşkilatının rəhbəri hesab edir ki, qəzet redaksiyalarında gənc jurnalistlərin yaradıcılıq imkanlarını genişləndirmək olduqca aktual məsələdir”.

 

Qurum rəhbəri yaxın günlərdə Mətbuat Şurasına konkret təkliflər göndərəcəklərini də əlavə edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM