Kafedra müdiri dünyasını dəyişdi

12:59 | 03.01.2015
Kafedra müdiri dünyasını dəyişdi

Kafedra müdiri dünyasını dəyişdi

Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətlərinin kafedra müdiri, orkestr rəhbəri Gülağa Zeynalov dünyasını dəyişib.

G.Zeynalovun dünən axşam saatlarında qəflətən ürəyi dayanıb.

"Xalq ulduzu” yarışmasının iştirakçısı müğənni Kamil Cəfərov müəlliminin dünyasını dəyişməsindən Lent.az-a danışıb: "Allah rəhmət eləsin. Gülağa müəllim dünyasını dəyişdi. Allaha and olsun ki, hələ də inana bilmirəm. dekabrın 27-də bir yerdə idik. Çox gözəl sənətkar məşqlərimiz yarımçıq qaldı. Hara getdin?”

Qeyd edək ki, 1994-ci ildən Mədəniyyət və İncəsənət Universitetində çalışan Gülağa Tapdıq oğlu Zeynalov 1956-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM