"Kapitanı futbolçular özləri seçməlidirlər" – Qvardiola

22:00 | 27.07.2016

"Kapitanı futbolçular özləri seçməlidirlər" – Qvardiola

"Mançester Siti"nin yeni kapitanını futbolçular özləri seçəcək. 

Qol.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. 

"Yeni kapitanın kim olacağı barədə futbolçular qərar verməlidirlər. Əgər indiki kapitan Vensen Kompani zədə və ya mənim qərarımla oynamasa, bu bizim üçün problem olmamalıdır. Komandada xeyli təcrübəli futbolçular var. Hart, Ture və s. Mən bu işə qarışmıram. Kapitanı futbolçular özləri seçməlidirlər. Çünki onlar bir-birilərini daha yaxşı tanıyırlar, nəinki mən. Bu məsələdə onlar özləri məsuliyyət daşıyır". 

Qeyd edək ki, ötən mövsüm "Mançester Siti"nin əsas kapitanı komandanın müdafiəçisi Vensan Kompani olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb