Kuba prezidenti Raul Kastro mayın 29-dan sonra ABŞ-a səfir təyin edəcəyini açıqlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Ollandı Kubadan vətəninə yola salarkən jurnalistlərə açıqlama verən Raul Kastro ABŞ-la əlaqələrin inkişaf etdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyini bildirib və bəyan edib ki, mayın 29-dan sonra ABŞ-a səfir təyin olunacaq.
Qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin təyinatından sonra diplomatik münasibətlərin başlayacağını qeyd edən Kastro "münasibətlərin normallaşması ayrıca bir mövzudur" əlavə edib: "Münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün embarqoların götürülməsi ilə yanaşı Quantanamo ilə bağlı ABŞ rəhbərliyi qəti qərarını verməlidir".
Daha sonra ölkə başçısı Avropa Birliyi ilə münasibətlərə toxunub, tərəflər arasında dialoqa hazırlanıldığını bildirib və bununla bağlı Brüsseldə toplantı təşkil olunacağını xəbər verib. Kastro Avropa irliyi ilə hələ müəyyən məsələlərdə ortaq nöqtəyə gəlinmədiyini, amma buna ümidlərinin olduğunu dilə gətirib.
Aprelin 14-də Ağ Evin yaydığı açıqlamaya görə, ABŞ prezidenti Barak Obama Kubanın terroru dəstəkləyən ölkələr siyahısından çıxarılmasına dair Konqresə məktub yollayıb. Bu qərarın qüvvəyə minməsi üçün 45 gün ötməlidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !