Keçmiş məhkum məktəbdən 7500 manatlıq avadanlıq oğurladı - FOTO

19:00 | 23.04.2019
Keçmiş məhkum məktəbdən 7500 manatlıq avadanlıq oğurladı - FOTO

Keçmiş məhkum məktəbdən 7500 manatlıq avadanlıq oğurladı - FOTO

Bakıda - Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən 7500 manat dəyərində kompüter avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.

Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM